EN

Yanvar-iyul aylarında pərakəndə elektron ticarət dövriyyəsi 133 milyon manata çatıb

Bu ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsi 133 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 66,9 faiz çoxdur.

Qeyd edək ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılan malların dəyəri 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 3,8 faiz artaraq 34 988,9 milyon manata bərabər olub, onun 46,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Pərakəndə ticarət dövriyyəsinin 0,38 faizi informasiya sistemləri (internet, ekstranet və s.) üzərindən aparılan alqı-satqı əməliyyatlarının payına düşüb.

Chosen
80
1
vergiler.az

2Sources