EN

"Araz-Naxçıvan"ın futbolçusu "Səbail"ə keçdi

style='margin-bottom:10px;'>

“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti futbolçunu heyətinə cəlb edib.

QOL.az xəbər verir ki, “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə icarəyə götürülüb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “dənizçilər”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Vəlizadə daha əvvəl “Turan Tovuz” və “Neftçi” klublarda da çıxış edib.

Chosen
35
1
teleqraf.com

3Sources