EN

Rusiyalı jurnalist Azərbaycan telekanalında işlədiyi üçün casus elan edilib

BAKI, 1 sentyabr, TELEQRAF

Jurnalist və iranşünas Nikita Smaqin Azərbaycanın CBC (Caspian Broadcasting Company) telekanalında işləməsi, Karnegi Fondu, "Meduza", "The Insider" nəşrləri və "Dozhd" telekanalı ilə əməkdaşlıq etdiyinə görə xarici agentlərin reyestrinə daxil edilib.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Jurnalistlə bağlı iddia ərizəsi Moskvanın Zamoskvoretski rayon məhkəməsinə verilib.

Smaqin RBC-yə təsdiqləyib ki, o, CBC-də işləyir və həftəlik “Yaxın Şərq” adlı müəllif proqramına aparıcılıq edir.

Chosen
59
teleqraf.com

1Sources