EN

Yevlaxda DƏHŞƏT 25 yaşlı gənc traktorun altında qaldı

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yevlaxda 25 yaşlı gənc traktorun altında qalıb.Bizim.Media-nı yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaramanlı kəndi ərazisində baş verib.

 

Belə ki, 2000-ci il təvəllüdlü Şöhrət Mirzəyev ot biçini üçün istifadə etdiyi traktoru təmir etmək istəyən zaman traktorun kəməri açılıb. Bu zaman Ş.Mirzəyevin şalvarı traktorun kəmərinə ilişib və gənc ot biçən traktorun altında qalıb. 

Yaralı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə hal-hazırda koma vəziyyətindədir.Hadisə ilə bağlı araşdırma aparılır.Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
114
15
bizim.media

10Sources