AZ

Salyanda piyadanı maşın vuraraq öldürdü

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında köhnə Ələt–Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində piyada avtomobilin vurması nəticəsində ölüb.

Məlumata əsasən, hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş piyada yolu keçərkən BMW markalı avtomobilin zərbəsinə tuş gəlib və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
24
11
bizim.media

10Mənbələr