Ajans.az xəbər verir ki, bu barədə “Global Sumud Flotilla” təşkilatı “Instagram” səhifəsində məlumat yayıb. Aralıq dənizində üzərkən gəmi güclü fırtına ilə qarşılaşıb: küləyin sürəti təxminən 55 km/saat olub. "Biz gedişi təxirə salmalı olduq. Bu qərar ilk növbədə iştirakçıların təhlükəsizliyi və missiyanın uğurla başa çatması üçün qəbul edilib", - təşkilatçılar qeyd ediblər. Növbəti üzmə cəhdinin konkret tarixi hələ açıqlanmayıb. Donanma avqustun 31-də İspaniyadan Qəzzaya getməli idi. Təşkilatçıların fikrincə, bu, bütün əvvəlki missiyaların ən böyük missiyasıdır: 44 ölkədən fəallar, həkimlər və jurnalistlər onlarla gəmidə münaqişə zonasına gediblər. Gəlişin yeddi-səkkiz gün çəkməsi planlaşdırılırdı. 

İsrail Qreta Tunberqin Qəzzaya gələcəyi təqdirdə həbs olunacağı ilə bağlı xəbərdarlıq yaymışdı.