EN

Astarada on aylıq körpə türkəçarənin qurbanı oldu

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Astarada hərarəti qalxan körpə vəfat edib.

News24.az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Siyəkü kəndində 10 aylıq körpə ailənin yanlış müalicəsinin qurbanı olub.

Məlumata görə, 2024-cü il təvəllüdlü Elcan Taleh oğlu Həsənzadənin günorta saatlarında bədən hərarəti qəfil yüksəlib. Ailəsi uşağın qidadan zəhərləndiyini güman edərək ona suda sodalı su veriblər. Bundan sonra körpənin vəziyyəti kəskin pisləşib.

Körpə təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
6
news24.az

7Sources