EN

FIDE reytinqi: Şəhriyar geriləsə də…

Azərbaycan təmsilçilərinin Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yenilənmiş reytinq cədvəlindəki mövqeləri bəlli olub.

Arena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sentyabr ayı üçün müəyyənləşmiş “Top-100”də Azərbaycanın 7 şahmatçısı yer alıb.

Şahmatçılarımızdan yenə ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 5 pillə geriləmiş qrossmeysterimiz 2741 xalla 16-cı yerdə qərarlaşıb.

Bir rəqibini özündən irəli buraxan Teymur Rəcəbov (2692) 38-ci yerə enib. Rauf Məmmədov (2651) da 5 pillə geriləyib – 70-ci yer. Eltac Səfərli (2630) isə “100”ü “99”a dəyişib.

Cədvələ 2839 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

FIDE qadınların reytinq cədvəlini də açıqlayıb. Qadınların cədvəlində ən yaxşı təmsilçimiz Günay Məmmədzadədir. 2390 reytinq xalına malik şahmatçı 1 pillə irəliləyərək 51-ci yerə yüksəlib.

Ülviyyə Fətəliyeva (2385) 13, Gövhər Beydullayeva (2368) 2 pillə yuxarı qalxıb. Onlar müvafiq olaraq, 58-ci və 72-ci yerdədirlər.

Qadınların reytinq cədvəlinə çinli Yifan Hou başçılıq edir – 2609 xal.

Chosen
17
3
arena.az

4Sources