EN

Azərbaycan bu ölkədən 54 manata balıq piyi alıb

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 1,14 ton balıq piyi, yağı və onların fraksiyaları idxal edilib.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu məhsulların idxalı üçün ümumilikdə 35,08 min ABŞ dolları vəsait sərf olunub.

Hesabat dövründə ABŞ-dən Azərbaycana 0,13 ton balıq piyi, yağı və fraksiyaları gətirilib. Bu idxalın dəyəri 3,86 min ABŞ dolları təşkil edib. Hesablamalara görə, məhsulun hər kiloqramı 29,69 dollar və ya 50,47 manat olub.

İslandiyadan 0,19 ton həcmində balıq piyi idxal olunub. Məhsulun dəyəri 5,39 min ABŞ dollarına başa gəlib. Beləliklə, İslandiyadan gətirilən hər kiloqram məhsulun qiyməti 28,36 dollar və ya 48,22 manat olub.

Türkiyədən idxal daha yüksək həcmdə baş tutub – 0,8 ton. Bunun üçün 25,69 min ABŞ dolları ödənilib. Hesablamalara əsasən, hər kiloqram məhsul 32,11 dollar və ya 54,59 manata başa gəlib.

Almaniyadan isə 0,01 ton balıq piyi gətirilib. Bu idxal üçün 0,14 min ABŞ dolları xərclənib. Məhsulun hər kiloqramı 14 dollar və ya 23,8 manat təşkil edib.

Qeyd edək ki, balıq yağı və piyi sağlamlıq (dərman və qida əlavələri), kosmetika, heyvandarlıq yemi və bəzi sənaye məhsullarında geniş istifadə olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
46
3
olke.az

4Sources