EN

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Suriya son 14 ildə ilk rəsmi neft tədarükünü həyata keçirib.

Teleqraf xəbər verir ki, Aralıq dənizi limanı olan Tartusdan 600 min barrel həcmində ixrac partiyası göndərilib.

Suriyanın Energetika Nazirliyinin nümayəndəsi Riyad əl-Cubasinin sözlərinə görə, alıcı qismində "B Serve Energy" beynəlxalq ticarət şirkəti çıxış edib. O bildirib ki, bu tədarük nəqliyyat şəbəkələrinin, neft anbarlarının və liman infrastrukturunun işləmə qabiliyyətini müəyyən etməyə imkan verəcək.

Suriya Neft Şirkətinin baş direktoru Maan Paşa qeyd edib ki, hazırkı ixrac həcmi ölkənin daxili ehtiyaclarını üstələyir. Onun sözlərinə görə, tankerə bir neçə Suriya yatağından çıxarılan neft, həmçinin Baniyas və Homs zavodlarında xammalın emalından sonra artıq qalan neft yüklənib.

Qeyd edək ki, Suriyanın neft ehtiyatlarının əksəriyyəti ölkənin şimal-şərqində, kürdlərin nəzarətində olan ərazilərdə yerləşir.

2011-ci ildə vətəndaş müharibəsinin başlanmasına qədər Suriya gündə təxminən 380 min barrel neft ixrac edirdi. Lakin münaqişə illərində ölkənin enerji infrastrukturu dağıdılmış, beynəlxalq sanksiyalar isə neft və qaz ticarətini çətinləşdirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
3
sherg.az

4Sources