EN

Yer kürəsində güclü geomaqnit qasırğaları başladı

BAKI, 2 sentyabr. TELEQRAF

Yer kürəsində G2 və G3 sinifli geomaqnit qasırğaları başlayıb.

Teleqraf xəbər verir ki, buna səbəb Günəş plazma buludunun planetin maqnit sahəsinə daxil olmasıdır.

Yaxın vaxtlarda yerin maqnit sahəsindəki təlatümlərin intensivliyinin artacağı ehtimal olunur.

Alimlər bu qasırğalar fonunda Skandinaviya ölkələrində və Kanadada qütb parıltısı zonasının formalaşacağını bildiriblər.

Chosen
47
teleqraf.com

1Sources