EN

Bu ölkədə zəngin qızıl yatağı tapıldı

Qazaxıstanda 38 yeni faydalı qazıntı yatağı, o cümlədən 19 ton qızıl və əhəmiyyətli nadir torpaq metalların ehtiyatları aşkarlanıb.

Publika.az xəbər verir ki, əsas kəşflərdən biri Astanadan 420 km aralıda, Karaqanda vilayətinin Kuyrıktikol rayonunda yerləşən “Jana-Qazaxıstan” geoloji zonasındakı nadir torpaq elementləri yatağı olub. Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin qiymətləndirmələrinə görə, Yerin təkində elektromobillərin, külək turbinləri, elektronika və müdafiə texnologiyalarının istehsalı üçün vacib elementlərlə zəngin 20 milyon tondan çox filiz var.

Məlumatlar rəsmi olaraq təsdiqini taparsa, Qazaxıstan nadir torpaq metallarının ehtiyatlarına görə Çin və Braziliyadan sonra dünyada üçüncü yeri tutacaq.

Chosen
31
12
publika.az

10Sources