Bakı. Trend:
Azərbaycan klublarının minifutbol üzrə Çempionlar Liqasındakırəqibləri müəyyənləşib.
Trend-inməlumatına görə, 17-21 sentyabr tarixlərində Bolqarıstanın Sofiyaşəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı”, “Zirə” və“Aznur” komandaları təmsil edəcək.
Çempionlar Liqasının son qalibi “Birbaşa Bakı” F qrupunda “RedStar” (Serbiya), “Portu” (Portuqaliya) və "Rımniku Vılça" (Rumınya)komandaları ilə mübarizə aparacaq. Ölkə çempionatının gümüşmükafatçısı “Zirə” isə C qrupunda "Red Meat Afula" (İsrail), "MF 22Jakmart" (Slovakiya) və "Budapeşt" (Macarıstan) kollektivləri iləyarışacaq.
Çempionlar Liqasındakı daha bir təmsilçimiz “Aznur” G qrupunda"Kayrat" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa"(Çexiya) ilə qarşılaşacaq.