EN

Masazırda fərdi yaşayış evi yandı - İki nəfər öldü

BAKI, 2 sentyabr. TELEQRAF

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
22
43
teleqraf.com

10Sources