AZ

Ana-balanın  yanıb öldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: "Əlləri qap-qara idi..."

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub.
 
Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.
 
İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.
 
Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, yanğın nəticəsində ölən şəxslər 74 yaşlı Xanım Əliyeva və onun 58 yaşlı qızı Reyhan Əliyevadır.
 
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
50
4
moderator.az

10Mənbələr