ain.az, sport24.az saytına istinadən bildirir.
Leverkuzen "Bayer"i bir "transfer pəncərəsi"ndə yeni oyunçulara xərclənən pullara görə, Bundesliqada rekorda imza atıb.
Leverkuzen klubu bu yay yeni transferlər üçün 198 milyon avro xərcləyib. Bu rəqəm indi liqanın rekordudur.
Ən bahalı keçidlər isə bunlardır: Malik Tillman və Carel Kuansa (hər biri 35 milyon), Elyes Ben-Segir (32 milyon), İqnasio Fernandes və Loik Bade (hər biri 25 milyon).
Qeyd edək ki, əvvəlki rekord 2023/24 mövsümündə yeni transferlərə 187 milyon avro xərcləyən "Leypsiq"ə məxsus idi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.