EN

Çempionlar Liqası: Azərbaycan komandalarının rəqibləri müəyyənləşdi

Minifutbol üzrə Çempionlar Liqasında iştirak edəcək Azərbaycan komandalarının rəqibləri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, Bolqarlstanın Sofiya şəhərində keçiriləcək yarışda ölkəmizi “Birbaşa Bakı” , “Zirə” və “Aznur” komandaları təmsil edəcək. 

Hər üç komanda püşkatmada 1-ci səbətdə yer alıb. 

"Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə eyni qrupda yer alıb.

"Zirə" "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.

Chosen
35
fanat.az

1Sources