EN

Xızıda dəhşət: Kanalda boğulan iki qardaşın kimliyi AÇIQLANDI

Xızı rayonunun Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında boğulan şəxslərin kimliyi məlum olub.

News24.az  "Report"a istinadən xəbər verir ki, həyatını itirənlər Tovuz rayonunun Çilovdarlı kənd sakinləri – 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğludur. Onların ehtiyatsızlıq nəticəsində kanala düşərək boğulduqları bildirilir.

Hadisə ilə bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə avqustun 2-də səhər saatlarında Taxtakörpü–Ceyranbatan su kanalının Sitalçay kəndindən keçən hissəsində iki nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. 




Chosen
71
1
news24.az

10Sources