AZ

Xızıda kanalda boğulan şəxslərin ADLARI açıqlandı — YENİLƏNİB

Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub.

Demokrat.az xəbər verir ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

***
08:58

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.

Seçilən
39
9
demokrat.az

10Mənbələr