EN

Masazırda dəhşət: iki nəfər yanaraq öldü – VİDEO

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmət məlumat yayıb.
Bildirilib ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
30
43
editor.az

10Sources