EN

Rusiya narahatdır: NATO müharibədə elə bir qüvvədən istifadə edəcək ki...

NATO dünyanın müxtəlif regionlarında döyüş əməliyyatları üçün Yaponiya dəniz qüvvələrindən istifadə etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "Aif.ru"ya Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev danışıb.

O qeyd edib ki, ölkənin hərbi dəniz qüvvələri NATO donanması ilə fəal qarşılıqlı əlaqədə olur və istənilən vaxt Qərb koalisiya strukturlarına inteqrasiya oluna bilər. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Yaponiya Hərbi Dəniz Qüvvələrini bütün dünyada hərbi əməliyyatlara cəlb etmək imkanını nəzərdən keçirir.

Bu, Tokionun milli ərazilərdən kənarda silahlı qüvvələrin istifadəsinə qoyulan qadağanı aradan qaldıracaq qanunvericilik dəyişikliklərini niyə müzakirə etdiyini izah edir.

Qeyd edək ki, bundan əvvəl Yaponiyada Liberal Demokrat Partiyası (LDP) NATO-ya bənzər regional ittifaq yaratmaq ideyası üzərində işləməyə başlayıb. Bunun üçün partiyanın qərargahında xüsusi komitə yaradılıb.

Chosen
40
publika.az

1Sources