EN

Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır

Bakı. Trend:

31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə 49-cu BeynəlxalqProqramlaşdırma Müsabiqəsinin (ICPC – International CollegiateProgramming Contest) Dünya Finalı Azərbaycanda keçirilir. ICPCFoundation tərəfindən təşkil olunan müsabiqə ADA Universitetinin evsahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı, İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə həyata keçirilir.Rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən Xalq Bank bu mühüm qlobaltədbirin Azərbaycan Banklar Assosiasiyası çərçivəsindətərəfdaşlarından biridir.

Yarışmada 70-dən artıq ölkəni təmsil edən 140-a yaxınuniversitet komandası iştirak edəcək. Gənc proqramçılar yarışmaərzində alqoritmik düşüncə, problem həll etmə bacarıqları vəkomanda işi üzrə biliklərini nümayiş etdirəcəklər. Qeyd edək ki,Dünya Finalında ölkəmizi ADA Universiteti və Bakı Ali Neft Məktəbi(BANM) təmsil edəcək.

Xalq Bank bu mühüm layihəni dəstəkləməklə ölkəmizdə rəqəmsalmühitin inkişafına və gənclərin IT sahəsində bilik vəbacarıqlarının artırılmasına töhfə verir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankınfilial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmiinternet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlifsosial şəbəkə səhifələrindən əldə etmək olar.

Chosen
81
7
az.trend.az

8Sources