EN

Qazaxıstan və Çin 15 milyard dollar dəyərində 70-dən çox kommersiya sənədi imzalayıb

Astana, 2 sentyabr, AZƏRTAC

Qazaxıstan-Çin İşgüzar Şurası iclasının yekunları üzrə ümumi dəyəri 15 milyard dollardan çox olan 70-dən çox kommersiya sənədi imzalanıb.

AZƏRTAC bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.

Pekində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin birinci müavini, ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Din Syuesyanın iştirakı ilə Qazaxıstan-Çin İşgüzar Şurasının səkkizinci iclası keçirilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
38
1
azertag.az

2Sources