Astana, 2 sentyabr, AZƏRTAC
Qazaxıstan-Çin İşgüzar Şurası iclasının yekunları üzrə ümumi dəyəri 15 milyard dollardan çox olan 70-dən çox kommersiya sənədi imzalanıb.
AZƏRTAC bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.
Pekində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Çin Xalq Respublikası Dövlət Şurası Baş nazirinin birinci müavini, ÇKP MK Siyasi Bürosunun Daimi Komitəsinin üzvü Din Syuesyanın iştirakı ilə Qazaxıstan-Çin İşgüzar Şurasının səkkizinci iclası keçirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana