EN

Emin Rusiyada ard-arda konsert verəcək — Qərarı dəyişdi

Tanınmış müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.

Demokrat.az xəbər verir ki, Emin bu barədə məlumatı instaqram hesabında paylaşıb.

Müğənni qeyd edib ki, musiqili yeni mövsümə noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində təşkil ediləcək konsertlə start verəcək.

Bununla yanaşı, Eminin Rusiyadakı növbəti konsertləri noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada baş tutacaq.

O həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda konsert verəcək.

Chosen
90
1
demokrat.az

10Sources