Hadisə nəticəsində ölən şəxslərin Tovuz rayon Çilovdarlı kənd sakinləri - 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və qardaşı 1999-cu il təvəllüdlü Orxan Abdıyev olması müəyyənləşib.
Onların Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalında çimərkən boğulduqları bildirilir.
Hər iki şəxsin tikinti şirkətində çalışdıqları və istirahət üçün kanalın kənarına getdikləri qeyd edilib. (Qafqazinfo)
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.