Demokrat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 16 illik həbsə məhkum edilmiş şəxs Nizami rayonunda saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsində oranın baş inspektoru-rəisin növbətçi köməkçisi ədliyyə mayoru S.Kərimovu (şərti) yumruqla vurub.
Belə ki, 30 günlük cərimə təcridxanasına salınmış Asim valideynləri ilə görüş yerinə aparılarkən müəssisənin baş inspektoru ilə digər əməkdaşının onu müşayiət etməsinə etirazını bildirib. Bu zaman o, yumruqla ədliyyə mayoruna zərbə endirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə iş açılıb.
Cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə Asimin bu əmələ görə 5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Ona daha əvvəl təyin olunmuş 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi olan 12 il 7 ay 16 gün müddəti yeni hökmlə qismən birləşdirilib. Beləliklə, məhkumun qalan cəza müddəti 13 il 6 ay müəyyən edilib.
10Sources
-
demokrat.az16 il iş almışdı: Həbsdə də cinayət törətdi ( 20933317)
-
sonxeber.azSinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi ( 20932057)
-
avtosfer.azSinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi ( 20930422)
-
moderator.az16 il iş almışdı, həbsdə də cinayət törətdi... - FOTO ( 20924500)
-
oxu.azSinif yoldaşını bayram günü qətlə yetirən şəxs həbsdə də cinayət törətdi ( 20923984)
-
day.az16 il cəza almışdı, həbsdə də dinc qalmadı - FOTO ( 20923588)
-
milli.az16 il cəza almışdı, həbsdə də rahat durmadı - FOTO ( 20922610)
-
cebheinfo.az16 il iş almışdı: Həbsdə də cinayət törətdi - FOTO ( 20922517)
-
reyting.azHəbsxanada rəisin köməkçisini yumruqla vuran məhkuma əlavə 5 il iş verilib ( 20920141)
-
bakivaxti.az16 il iş almışdı, həbsdə də cinayət törətdi... - FOTO ( 20919313)