EN

Türkiyədən olan şəhid ailələri ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində görüş keçirilib - FOTOLAR

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycana səfərə gələn Türkiyədən olan şəhid ailələri ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində görüş keçirilib.

QHT.az xəbər verir ki, heyətdə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri də yer alır. Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, şəhid ailələri ilə QHT-lər xətti ilə əlaqələrin inkişafı mühüm əhəmiyyətə malikdir.

Türkiyədən olan şəhid ailələri səfər barədə təəssüratlarını bölüşüblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə qeyd edib ki, heyət Qarabağa da səfər edəcək, 2025-ci il sentyabrın 4-də isə Bakıda - “Nizami” Kino Mərkəzində “Haqqın zəfəri” adlı yekun tədbir təşkil olunacaq.

Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Chosen
126
qht.az

1Sources