Xankəndi şəhərində uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir inzibati bina inşa olunacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, binanın söküntüsü rəmzi olaraq sentyabrın 2-də – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma “respublika” elan olunduğu gündə başlayıb. Bu tarixin seçilməsi təsadüfi deyil. Məqsəd torpaqlarımızda separatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazi bütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişaf mərhələsinin başladığını bir daha vurğulamaqdır.
ZÜMRÜD