Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Xankəndidə uzun illər separatçı rejiminqondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibatibinanın söküntüsünə başlanılıb.
Onun yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanındaQarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasirinzibati bina inşa olunacaq.
Trend xəbərverir ki, Dövlət Komitəsi inşa olunacaq yeni binanın görüntüləriniyayıb.
Bildirilib ki, binanın söküntüsü rəmzi olaraq 2 sentyabrtarixində – vaxtilə qondarma tarixə qovuşmuş və unudulan qondarma“respublika” elan olunduğu gündə başlayıb.
“Bu tarixin seçilməsi təsadüfi deyil – məqsəd torpaqlarımızdaseparatizmin izlərini tamamilə aradan qaldırmaq, Azərbaycanın ərazibütövlüyü üzərində bərqərar olan yeni quruculuq və inkişafmərhələsinin başladığını bir daha vurğulamaqdır”, - deyə məlumatdaqeyd edilib.