EN

Bu balıqları ovlamaq qadağandır -

Azərbaycanda balıq ovu mövsümü başlayıb, lakin bəzi balıqların ovlanması qadağandır. Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qırmızı Kitab”a daxil edilmiş ümumilikdə 11 balıq növünün ovlanmasına moratorium qoyulub. Mehman Axundov həmin balıq növlərini də qeyd edib. Belə ki, siyahıya aşağıdakı növlər daxildir:- Qaya balığı- Çay qızılxallısı- Xəzər qızılbalığı- Şirvan külməsi- Zərdəpər- Xəzər şirbiti- Cənubi Xəzər porusu- Qılıncbalıq- Dəniz sıfı- Kür siyənəyi- Volqa siyənəyi Direktorun sözlərinə görə, həmçinin bütün nərə cinsinə aid balıqların – bölgə, nərə və uzunburunun ovlanması da tamamilə qadağandır.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
60
1
metbuat.az

2Sources