AZ

Bu balıqları ovlamaq qadağandır SİYAHI

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda balıq ovu mövsümü başlayıb, lakin bəzi balıqların ovlanması qadağandır.

Balıqçılıq İnstitutunun direktoru Mehman Axundov Metbuat.az-a açıqlamasında bildirib ki, “Qırmızı Kitab”a daxil edilmiş ümumilikdə 11 balıq növünün ovlanmasına moratorium qoyulub. Mehman Axundov həmin balıq növlərini də qeyd edib.

Belə ki, siyahıya aşağıdakı növlər daxildir:

- Qaya balığı

- Çay qızılxallısı

- Xəzər qızılbalığı

- Şirvan külməsi

- Zərdəpər

- Xəzər şirbiti

- Cənubi Xəzər porusu

- Qılıncbalıq

- Dəniz sıfı

- Kür siyənəyi

- Volqa siyənəyi

Direktorun sözlərinə görə, həmçinin bütün nərə cinsinə aid balıqların – bölgə, nərə və uzunburunun ovlanması da tamamilə qadağandır.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
1
metbuat.az

2Mənbələr