EN

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb

Kreditlərin verilməsi fəaliyyətilə məşğul olan "Regional" BOKT 2025-ci ilin ilk 6 ayını 125 min 41 manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 10 min 490 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Regional" BOKT-ın xalis mənfəəti bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artıb. 2024-cü ildə BOKT-ın xalis mənfəəti 192 min manat təşkil etmişdi. 

Marja.az xəbər verir ki, "Regional" BOKT-ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 468 min manat ikən, 2025-ci ilin ilk 6 ayında 770 min manata yüksəlib (302 min manat və ya 64,5% artıb).

"Regional" BOKT-ın kredit portfeli 30 iyun 2024-cü il tarixindəki göstərici ilə müqayisədə 1 milyon 403 min manat və ya 42,5% artaraq 30 iyun 2025-ci il tarixində  4 milyon 705 min manata çatıb. 

1 milyon 100 min manat nizamnamə kapitalı olan "Regional" BOKT MMC-nin payçıları Əliyev Əli (33,3%), Bəhrəmov Nahid (33,3%) və Tağıyeva Nigardır (33,3%). 

regionalBOKT 2025 ilk 6 ay xalis mənfəət xalis mənfəət faiz gəlirləri 770 min manat artım 645% kredit portfeli nizamnamə kapitalı payçılar Əliyev Əli Bəhrəmov Nahid Tağıyeva Nigər
Chosen
72
50
marja.az

10Sources