EN

Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Asiya İnkişaf Bankının (AİB) icraçı direktoru xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə sədr öz "X" hesabında paylaşım edib.

"Görüş zamanı qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, ölkə üzrə iqtisadi vəziyyət və inkişaf trendləri, pul siyasəti, sığorta sektorunda nəzarət və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi, eləcə də sektorun potensialına dair ətraflı fikir mübadiləsi apardıq. Görüşdə Mərkəzi Bank və AİB arasında gələcək əməkdaşlıq imkanlarını, həmçinin AİB-in ölkənin maliyyə sektorunda iştirak perspektivlərini müzakirə etdik", - sədr qeyd edib.

Chosen
172
7
operativmedia.az

8Sources