EN

İslandiya – Azərbaycan oyununun hakimləri müəyyənləşdi

 DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, Reykyavikdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətlərdə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mark Naqteqaal yerinə yetirəcək. VAR otağında Jerön Mansxot, AVAR-da isə Klay Ruperti əyləşəcək.

Xatırladaq ki, qarşılaşma Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək və start fiti saat 22:45-də səslənəcək.

 

Chosen
36
6
idmanxeber.az

10Sources