Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rütte alyansa üzv ölkələri ABŞ-danUkraynaya silah tədarükünün sifarişini və maliyyələşdirilməsinisürətləndirməyə çağırıb.
Trend xəbərverir ki, Mark Rütte bunu Brüsseldə keçirilən mətbuat konfransındadeyib.
“Avropa ölkələrinin maliyyələşdirdiyi 2 milyard avroluq hərbiyardım artıq ABŞ-dan Ukraynaya çatdırılıb. NATO-nun digərölkələrini də bu səylərə daha fəal qoşulmağa dəvət edirəm”, – deyəBaş katib vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də ABŞ Prezidenti Donald TrampVaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davamedəcəyini bildirib. O, bunun üçün Avropa ölkələrinin tədarüklərimaliyyələşdirməsini şərt kimi irəli sürüb.