EN

“Avropa İttifaqının İsrailin hücumlarına cavabı tam uğursuzluqdur” Baş nazir

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın Baş naziri Pedro Sançez Qəzzadakı vəziyyətlə bağlı Avropa İttifaqı (Aİ) ölkələrini tənqid edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İsrailin Qəzzaya hücumlarına Avropanın cavabını “tamamilə uğursuz” adlandırıb.

“Biz qəbul etməliyik ki, Aİ daxilində İsrailə necə təsir etmək məsələsində fikir ayrılığı olan ölkələr var. Düşünürəm ki, bu, qəbuledilməzdir və əgər biz Ukraynada üzləşdiyimiz böhran kimi, digər böhranlarda da etibarımızı artırmaq istəyiriksə, buna daha çox dözə bilmərik”, - deyə Pedro Sançez bildirib.

İspaniyalı nazir Qəzzadakı durumu "21-ci əsrdə beynəlxalq münasibətlərin ən qaranlıq fəsillərindən biri" kimi xarakterizə edib.

İsgəndər Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
525.az

1Sources