EN

Kaya Kallas: Aİ-nin illik sursat istehsal gücü altı dəfə artıb

Avropa İttifaqı iki il É™rzindÉ™ sursat istehsalını altı dÉ™fÉ™ artırıb. 

HİT.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.

"Biz öz hərbi potensialımızı inkişaf etdiririk. Avropanın illik silah-sursat istehsal gücü cəmi iki il əvvəlkindən altı dəfə çoxdur", deyə o bildirib.

Kallas əlavə edib ki, oxşar nəticələr hava hücumundan müdafiə sistemlərinin istehsalında da əldə edilməlidir.

Kallas bu yaxınlarda Rusiya, Çin və Şimali Koreya liderlərinin Pekində keçirilən görüşünü dünya nizamına birbaşa çağırış adlandırıb.

Samir

Chosen
26
hit.az

1Sources