EN

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

AZƏRTAC xəbər verir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze DTX-nin sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.

M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatı olub. Xatırladaq ki, DTX-nin keçmiş rəisi Anri Oxanaşvili bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.

Chosen
94
7
yeniazerbaycan.com

8Sources