AZ

Gürcüstan DTX ya yeni sədr təyin olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Tbilisi, 3 sentyabr, AZƏRTAC

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

AZƏRTAC xəbər verir ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının icraçı katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze DTX-nın sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.

M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatı olub. Xatırladaq ki, DTX-nın keçmiş rəisi Anri Oxanaşvili bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
7
azertag.az

8Mənbələr