Fransa dekolonizyasiya ilə bağlı indiyə qədər imzalanmış üç sazişdən bu prosesi təxirə salmaq və ya manipulyasiya etmək üçün istifadə edib.
Aznews.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupundan bildirilib.
Bildirilib ki, rəsmi Parisin bu addımları neokolonial siyasət kimi qiymətləndirilir.
Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənubunda yerləşir. Əhalinin təxminən 40%-ni təşkil edən yerli Kanaklar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır.
BTQ-dən xatırladıblar ki, Fransanın Yeni Kaledoniyaya qarşı apardığı kolonial siyasət Matinyon (1988), Numea (1998) və Bujival (2025) sazişlərində öz təzahürünü tapıb:
"Məqsəd sonradan məskunlaşan fransızların maraqlarını qorumaq, müstəmləkəçiliyə nəzarəti davam etdirmək və Kanak xalqının haqqı olan müstəqillik arzularını yox etmək olub".
Fransanın kolonial siyasətinə qarşı uzun illər davam edən Kanak müqavimətindən sonra 1988-ci ildə Matinyon sazişi imzalanıb. Matinyon sazişi dekolonizasiyaya deyil, kolonial nəzarəti möhkəmləndirməyə xidmət etmiş oldu.

Saziş 1998-ci ildə imzalanıb. O, 2018–2022-ci illər arasında üç müstəqillik referendumu nəzərdə tutaraq Yeni Kaledoniyanın dekolonizasiya olunması üçün yeni fürsət kimi təqdim olunurdu. Lakin Fransa bu proseslərə öz maraqları naminə təsir göstərdi. Seçki şərtləri, xüsusilə seçici siyahılarının genişləndirilməsi, sonradan məskunlaşan fransızlara səs vermə hüququ verməklə Kanakların təsirini zəiflətdi.
Ən böyük etirazlar 2021-ci ildə COVID-19-un kanak icmasına dağıdıcı təsiri ilə başladı. Belə ki, referendumu təxirə salmaq çağırışlarına baxmayaraq Fransa səsverməni keçirdi. Kanakların kütləvi boykotu ilə nəticələnən referendumun nəticəsi Fransanın tərkibində qalmağı seçdi.