EN

Zelenski: Ukrayna üçün təhlükəsizlik zəmanətləri təmin olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski Fransada keçirilən mətbuat konfransında bildirib ki, hazırda “Koalisiya İstəyənlər” təşəbbüsü daha çox nəzəri görünür, lakin gələcəkdə bu,

Editor.az xəbər verir ki, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri ilə nəticələnəcək.

Onun sözlərinə görə, təşəbbüsə Fransa və Böyük Britaniya rəhbərlik edir və artıq 30-dan çox ölkə bu koalisiyaya qoşulub.

“Əvvəllər də müxtəlif təşəbbüslərə inanılmırdı. Kimsə düşünmürdü ki, Ukrayna NATO standartlı silahlarla təmin ediləcək. Bu gün bizdə həmin silahlar var və onlar ölkəmizi qoruyur. Mən əminəm ki, ‘Koalisiya İstəyənlər’ də nəticə verəcək və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə çevriləcək”, – deyə Zelenski vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
13
editor.az

1Sources