Fələstinin HƏMAS hərəkatı xəbərdarlıq edib ki, İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarı girovların ölməsi ilə nəticələnə bilər.
Bu barədə "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının silahlı qanadı özünün teleqram kanalında yerləşdirdiyi videoda bildirib.
"İsrail Qəzzada hərbi əməliyyatları genişləndirməsinin cəzasını əsgərlərinin və girovlarının həyatı ilə ödəyəcək", - videoda deyilir.
Sağ qalan girovların dəqiq sayı barədə məlumat verilmir.
"Cebheinfo.az"