EN

Bağçalarda yer çatışmazlığının həll yolunu necə tapaq?

Bakı. Trend:

Demək olar ki, hər il bu aylarda uşaq bağçalarında yerlərin azolması, uşaqların bağçalarda yer ala bilməməsi valideynlərinnarazılığına səbəb olur.

Bağçalarda yer çatışmazlığının səbəb nədir? Qarşısınınalınması istiqamərində hansı işlər görülməlidir?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən(MÜTDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırdaölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmagöstəricisi 38% təşkil edir.

"Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsiqarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndaməktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılaranisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkəərazisində 1669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsifəaliyyət göstərir. Dövlət bağçalarının tutumu təxminən 119 minnəfərlikdir.

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinintabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyəverilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir,digərləri regionların payına düşür. Paytaxtda əhalinin məskunlaşmasəviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıqmüşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsilmodellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədərtəhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi,ailə tipli təlim qrupları).

Alternativ modellərlə yanaşı, bağça infrastrukturunungenişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik vəprioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələriinşa edilir", - məlumatda deyilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri,təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib ki, bağçalarda yerçatışmazlığı probleminin kökündə bir neçə mühüm amil dayanır.

“İlk olaraq qeyd etmək lazımdır ki, demoqrafik artım, xüsusilədə paytaxt və iri şəhərlərdə əhalinin sıxlaşması mövcudinfrastrukturun tələbatı qarşılaya bilməməsinə səbəb olur. Digərtərəfdən, bir çox hallarda yeni yaşayış massivləri sürətlə tikilsədə, paralel olaraq məktəbəqədər təhsil müəssisələrinin inşası həminsürəti tutmur. Nəticədə yeni yaranmış məhəllələrdə ailələr bağçaproblemi ilə üz-üzə qalır. Mövcud bağçalarda isə qrup sayı vəpedaqoji heyətin çatışmazlığı yerlərin məhdud olmasına gətiribçıxarır.

Bu məsələnin qarşısını almaq üçün bir neçə istiqamətdə addımlaratılmalıdır. İlk növbədə, dövlət investisiyalarının yönəldildiyilayihələrdə hər yeni yaşayış kompleksinə paralel bağça və ibtidaiməktəb tikintisinin məcburi şərt kimi tətbiq olunması vacibdir.Bununla yanaşı, özəl sektorun prosesə daha çox cəlb olunmasızəruridir. Xarici təcrübədə gördüyümüz kimi, bağçaların bir hissəsiözəl müəssisələrin, bələdiyyələrin və hətta işəgötürənlərin üzərinəgötürülür. Bu, dövlət yükünü azaldır və valideynlərin seçimimkanlarını genişləndirir”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daha bir vacib istiqamət isə modul tiplibağça modellərinin tətbiqidir:

“Dünyada uğurla işləyən bu sistemdə mobil, sürətlə quraşdırılanvə az xərcli bağçalar xüsusi ilə əhali sıx olan ərazilərdəmüvəqqəti çıxış yolu kimi istifadə edilir. Eyni zamanda, ev əsaslıməktəbəqədər təhsil proqramlarının inkişaf etdirilməsi də mühümaddım ola bilər. Məsələn, Skandinaviya ölkələrində və Kanadadamüəllimlərin nəzarətində kiçik qruplar ev şəraitində tədris alır,bu da həm uşaqların sosial adaptasiyasına, həm də valideynlərinrahatlığına xidmət edir”.

“Statistikaya gəlincə, hər il minlərlə uşaq bağçaya qəbul olabilmir və bu, təbii olaraq valideynlərdə narazılıq yaradır. Rəsmirəqəmlərə görə, məktəbəqədər yaşlı uşaqların yalnız bir hissəsidövlət bağçaları ilə əhatə olunur. Nəticədə, bir tərəfdən uşaqlarerkən sosiallaşma və təhsil imkanlarından məhrum qalır, digərtərəfdən valideynlər, xüsusilə işləyən analar üçün ciddi sosialçətinliklər yaranır.

Xarici praktikadan öyrənə biləcəyimiz əsas məqam ondan ibarətdirki, bu problem yalnız dövlətin üzərinə qoyulmamalı, həm özəlsektor, həm də yerli icra strukturları məsuliyyət daşımalıdır.Azərbaycanda da belə bir model tətbiq olunarsa, həm valideynnarazılığı azalacaq, həm də məktəbəqədər təhsilin keyfiyyətiyüksələcək”,- deyə Ə.Həsənli vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin TəhsildəTəhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri KamranƏsədov isə Trend-ə bildirib ki, Azərbaycanda məktəbəqədər təhsilsahəsində ən ciddi problemlərdən biri bağçalarda yerçatışmazlığıdır:

“Bu məsələ valideynlərin hər il kütləvi şəkildə narazılığınasəbəb olur, uşaqların sosiallaşma imkanlarını məhdudlaşdırır vənəticədə cəmiyyətin gələcək inkişafına mənfi təsir göstərir. DövlətStatistika Komitəsinin məlumatına əsasən, ölkədə məktəbəqədər yaşdaolan uşaqların sayı 600 minə yaxındır, amma onların yalnız 150–160mini bağçaya cəlb olunur. Bu, o deməkdir ki, hər il 400 minə yaxınuşaq bağça xidmətindən kənarda qalır. Bu qədər böyük boşluğunyaranması isə həm infrastruktur, həm idarəetmə, həm də sosialsiyasətin zəifliyi ilə bağlıdır. Mövcud qanunvericilik də probleminhəllinə real zəmin yaratmır.

“Təhsil haqqında” Qanunun 23-cü maddəsində məktəbəqədər təhsilinuşaqların fiziki və psixoloji inkişafında mühüm rol oynadığı qeydolunsa da, burada dövlətin hər bir uşağa bağça yeri təmin etməköhdəliyi açıq şəkildə ifadə olunmur. Halbuki Finlandiya, Almaniya,Cənubi Koreya kimi ölkələrin qanunlarında məktəbəqədər təhsilinuniversallığı konstitusion hüquq kimi təsbit olunub.

Məsələn, Almaniyada “Kindergarten” sistemi dövlət vəbələdiyyələrin birbaşa məsuliyyəti altında fəaliyyət göstərir,valideynlərin ödəniş yükü isə dövlət tərəfindən kompensasiyaedilir. Bizdə isə bağçaların böyük qismi hələ də sovet dövründənqalan binalarda fəaliyyət göstərir, özəl bağçalar isə çox az saydaailənin ödəmə imkanına uyğundur”.

K.Əsədov vurğulayıb ki, problemin müsbət tərəfi kimi son illərdəyeni bağçaların tikilməsini göstərmək olar.

“Amma bu, çox kiçik miqyasda həyata keçirilir və tələbatın artımsürətinə cavab vermir. Məsələn, son beş ildə Bakıda 50-yə yaxınyeni bağça istifadəyə verilsə də, təkcə paytaxtda hər il ortahesabla 15–20 min uşaq bağça sırasına qəbul ola bilmir. Regionlardavəziyyət daha da acınacaqlıdır. Kənd yerlərində yüzlərlə kəndməktəbi olsa da, bir çoxunda məktəbəqədər qruplar təşkil olunmur,halbuki “Məktəbəqədər təhsil haqqında əsasnamə”nin 4.3 bəndindəicma bağçalarının yaradılması nəzərdə tutulub. Təəssüf ki, bu normakağız üzərində qalır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdəfəaliyyəti çox zəifdir.

Nazirlik yalnız tikinti proqramları barədə hesabatlar verir,amma strateji yanaşma, uzunmüddətli proqnozlar və alternativ həllyolları yoxdur. Hər il valideynlər uşaqlarını bağçaya qəbuletdirmək üçün uzun növbələrdə qalır, sosial şəbəkələrdənarazılıqlar artır, amma Nazirlik yalnız formal izahatlarlakifayətlənir. Marifləndirmə işi aparılmır, valideynlərə alternativməktəbəqədər təhsil formaları barədə məlumat verilmir, özəlsektorla əməkdaşlıq zəifdir. Nəticədə, minlərlə ailə övladını yaevdə saxlamağa, ya da fərdi baxıcıya həvalə etməyə məcbur olur. Buisə həm sosial bərabərsizliyi artırır, həm də uşaqların inkişafimkanlarını məhdudlaşdırır”, - deyə o əlavə edib.

K.Əsədovun sözlərinə görə, dünya təcrübəsi göstərir ki, buproblemin həlli yalnız dövlətin məsuliyyəti ilə mümkün deyil:

“Türkiyə son on ildə “100 bin yeni anaokulu” proqramı iləsürətli tikinti siyasəti həyata keçirərək bağça yerlərinin sayınıiki dəfə artırıb. Estoniyada isə bağçaların böyük hissəsi özəlsektor tərəfindən idarə olunur, amma dövlət subsidiyaları hesabınaödənişlər minimuma endirilib.

Cənubi Koreyada hər uşağa məktəbəqədər təhsil haqqı dövləttərəfindən ödənilir və beləliklə, heç bir valideyn bağça üçün əlavəxərc çəkmir. Azərbaycan isə hələ də hansı modelin tətbiqolunacağına qərar verə bilməyib. Bəzən dövlət özəlləşməyə üstünlükverir, bəzən isə yalnız tikinti yolu ilə problemi həll etməyəçalışır. Bu isə təhsil siyasətində pərakəndəliyin vəproqnozsuzluğun bariz nümunəsidir”.

“Əgər ölkəmizdə real islahatlar aparılmasa, hər il on minlərləuşaq məktəbəqədər təhsil imkanından məhrum olacaq. Bu isə birtərəfdən valideynlərin işgüzar fəaliyyətini məhdudlaşdıracaq, digərtərəfdən məktəblərdə hazırlıq səviyyəsinin zəifliyinə gətiribçıxaracaq. Nə dəyişməlidir? İlk növbədə, dövlət “hər bir uşağınbağça hüququ var” prinsipini qanunvericilikdə təsbit etməli,bələdiyyələrin məsuliyyəti artırılmalı, özəl sektor üçün vergi vəsubsidiyalar tətbiq olunmalı, alternativ təhsil formaları(yarımştat qruplar, icma bağçaları, ailə bağçaları)genişləndirilməlidir.

Əks halda, Elm və Təhsil Nazirliyi yalnız tikinti planları iləkifayətləndiyi üçün bu problem heç vaxt həll olunmayacaq”, - deyəK.Əsədov fikirlərini tamamlayıb.

Chosen
100
6
az.trend.az

7Sources