EN

Həmin ərazi təmizləndi — İcra Hakimiyyətindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Görədil-Novxanı yolunda, kanal kənarında aylardır zibillərin yığılıb qalması nəticəsində acınacaqlı vəziyyət hökm sürürdü.

Demokrat.az
-ın sorğusuna cavab olaraq Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, Binəqədi rayonu Görədil bağ massivində yerləşən ərazidə məişət tullantılarının daşınması texnikanın nasazlığı səbəbindən gecikib:

“Hazırda ərazi tam təmizlənmişdir. Həmçinin, ərazidə yaşayan sakinlər tərəfindən həmin konteynerdən kənar, qeyri-müəyyən vaxtlarda tullantıların əraziyə atılması halları müşahidə olunduğuna görə, sakinlərlə maarifləndirici söhbətlər aparılmışdır”.

Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
16
1
demokrat.az

2Sources