EN

Azərbaycan millisi İslandiyaya qalib gəldi

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.

"Cebheinfo.az xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.

U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.

"Cebheinfo.az" 

Chosen
84
26
cebheinfo.az

10Sources