EN

Hindistanın addımı Azərbaycan üçün elə də uğursuz hesab edilə bilməz

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasına veto qoyması, ümumi nəticə etibarilə Azərbaycan üçün elə də uğursuz hesab edilə bilməz.

Bunu Avrasiya.net-ə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, əvvəla, təşkilat Azərbaycanın Qərbə inteqrasiyasında müəyyən çətinliklər yarada bilərdi:

"Onsuz da, Azərbaycan ŞƏT üzvləri ilə, xüsusən Çin ilə ikitərəfli kontekstdə uğurlu əməkdaşlıq edir. Təkcə prezident İlham Əliyevin Çində qarşılanma mərasimi, görüşləri, Si Sizinpinin müraciət forması bunu bir daha sübut edir. Ancaq, ŞƏT-na üzvlük müəyyən məhdudiyyətlər vəd etdiyi halda, ikitərəfli münasibətlər kontekstindən Azərbaycanın beynəlxalq siyasi arenada manevr imkanlarını saxlayır".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
icma.az

1Sources