Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir.
Dövlət standartları aşağıdakılardır:
• AZS CT PK 2473:2025 “Mexaniki transmissiya sistemləri üçün GL-4, GL-5 kateqoriyaları üzrə bütün mövsümlərdə işləyən yağlar. Texniki şərtlər;
• AZS ГОСТ 30333:2025 “Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər”;
• AZS ГОСТ P 51634:2025 “Avtotraktor mühərrik yağları. Ümumi texniki tələblər”;
• AZS СТ РК 2471:2025 “API üzrə SF, SJ, SL, SM, SN, CF-4, CG-4, CH-4, CL-4, CJ-4 kateqoriyaları üçün bütün mövsümlərdə işləyən universal motor yağları. Texniki şərtlər”;
• AZS ГОСТ 28084:2025 “Aşağıdonan soyuducu mayelər”;
• AZS ГОСТ 33341:2025 “İstilik mübadilə sistemləri üçün bütün mövsümlərdə işləyən aşağıdonan tərkiblər və soyuducu mayelər. Texniki şərtlər”;
• AZS СТ РК 2468:2025 “АУП hidravlik yağ. Texniki şərtlər”;
• AZS СТ РК 2467:2025 “ МГЕ - 46В hidrohəcmli ötürücülər üçün yağ. Texniki şərtlər”.
Yeni dövlət standartları “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd edək ki, yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.2.2-ci bəndinin icrası çərçivəsində “Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında” texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb.