EN

İndoneziyada vulkan püskürüb

Ajans.az Antara News-a istiandən xəbər verir ki,vulkanın monitorinq ofisinin rəsmilərinin açıqlamasına görə, ilk püskürmə yerli vaxtla səhər saat 05:01-də qeydə alınıb və təxminən 140 saniyə davam edib. Hadisə vizual olaraq müşahidə olunmayıb. Daha sonra, saat 09:28-də ikinci püskürmə baş verib və 145 saniyə davam edib. Bu zaman dağdan çıxan kül təxminən 500 metr yüksəkliyə qalxaraq cənub-qərb istiqamətinə doğru hərəkət edib. Məlumata görə, Semeru vulkanının 2-ci Həyəcan Səviyyəsi qüvvədə qalır. Rəsmilər zirvədən 8 kilometr aralıda yerləşən Besuk Kobokan bölgəsinin cənub-şərq hissəsində bütün fəaliyyətlərin dayandırıldığını bildiriblər. Qeyd edək ki, Sakit okean zəlzələ və vulkanik zona üzərində yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.

 

Chosen
143
Ajans.az

1Sources