EN

“Mançester Yunayted”in qapıçısı ərəblərlə danışır

“Mançester Yunayted” qapıçısı Andre Onananı Səudiyyə Ərəbistanı klublarından birinə transfer olmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı kamerunlu futbolçunun transferi ilə bağlı danışıqlar davam edir. Lakin Səudiyyə klubunun adı açıqlanmır.

“Mançester Yunayted” ötən mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra Onananın maaşı 25 faiz azaldılıb.

Kamerunlu qolkiper  2024/25 mövsümündə 50 matçda 65 qol buraxaraq 11 qolunu təmiz saxlayıb. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

Chosen
47
idmanxeber.az

1Sources